“Rusiya ilə Çin arasında münasibətlər dinamik inkişaf edir”.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşündə deyib.
Onun sözlərinə görə, turbulentliyə baxmayaraq, Moskva və Pekin bir-birinin maraqlarını müdafiə edərək hərəkət etməyə hazırdır.