Rəsmi Vilnüs Litvanın dövlət sərhədlərinin pozulmasına görə Belarusa nota verib.
“Report” xəbər verir ki, bu barədə məlumat Litvanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında yer alıb.
Litva XİN Belarusun Mi-24 helikopterinin Litva dövlət sərhədini avqustun 23-də saat 18:50-də Medininkay kəndi yaxınlığında pozduğunu bildirib. Notada Litva rəsmi Minski olayın səbəblərini aydınlaşdırmağa və bu cür pozuntuların təkrarlanmasının qarşısını almağa çağırıb.
Qeyd edək ki, bu gün Belarusun Müdafiə Nazirliyi Litva ərazisindən uçan 8 hava şarını Mİ-24 helikopteri ilə zərərsizləşdirdiyini açıqlayıb. Məlumatda şarların antimilli simvollar daşıdığı vurğulayıb.