Litva Gürcüstanın adını dəyişib

Litva Gürcüstanın adını dəyişib Litvanın Litov dili üzrə dövlət komissiyası Gürcüstanın adını rəsmi olaraq Sakartvelo adlanması barədə qərar qəbul edib.
Region
11 Yanvar , 2021 15:40
Litva Gürcüstanın adını dəyişib

Litvanın Litov dili üzrə Dövlət Komissiyası Gürcüstanın adının rəsmi olaraq Sakartvelo adlanması barədə qərar qəbul edib.

“Report” “Sputnik Litva”ya istinadən xəbər verir ki, məlumatı Dövlət Komissiyasının Mətbuat xidməti yayıb.

“Dövlətlərin rəsmi adı” bölməsində Gruzija (Gürcüstan) “Sakartvelas" (Sakartvelo) ilə əvəz edilib”, - sənəddə bildirilib.

Uyğun qərar bu il yanvarın 7-də Dövlət Komissiyasının sədri Audris Antanaytis tərəfindən qəbul edilib.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstanda qəbul edilmiş qərara əsasən, 2021-ci ildən sonra Gürcüstanın rəsmi adı Sakartvelo, vətəndaşları isə sakartvel adlanacaq.

Son xəbərlər

Orphus sistemi