Litva hökuməti ölkənin Rusiyadakı səfiri Eytvidas Bayarunası geri çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Bildirilib ki, hökumət eyni zamanda ölkədəki Rusiya səfiri Aleksey İsakova diplomatik nümayəndəliyi bağlamağı tapşırıb.
Rusiyanın Litvanın Klayped şəhərindəki konsulluğu da bağlanacaq.