Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis aprelin 27-29-da Gürcüstana rəsmi səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN başçısı səfər çərçivəsində gürcü həmkarı David Zalkaliani ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.
Q.Landsberqis həmçinin Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlament üzvləri ilə də görüşəcək.