Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto 11-12 mart tarixində Gürcüstana işgüzar səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Macar diplomat səfər çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüşəcək.
Səfər zamanı Macarıstan və Gürcüstan arasında təhsil, elm və texnoloji əməkdaşlıq sahəsində memorandumlar imzalanacaq.