Mariupol meriyası: “Rusiya yenidən “Azovstal”a basqın edib”

Mariupol meriyası: “Rusiya yenidən “Azovstal”a basqın edib” Rusiya qoşunları Mariupolda “Azovstal”a hücumlarını davam etdirir.
Region
9 May , 2022 13:22
Mariupol meriyası: “Rusiya yenidən “Azovstal”a basqın edib”

Rusiya qoşunları Mariupolda “Azovstal”a hücumlarını davam etdirir.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Mariupol merinin müşaviri Petro Andryuşenkonun teleqram kanalına istinadən məlumat yayıb.

“Gözlənildiyi kimi, BMT nümayəndələrinin maşın karvanı Donetsk vilayətini tərk etdikdən sonra işğalçılar yenidən basqın edərək “Azovstal”a hücuma keçiblər. O cümlədən onlar körpünü yarıb keçməyə cəhd ediblər. Lakin müdafiəçilər düşmənin növbəti hücumunu da dəf ediblər”, - məlumatda deyilir.

Xatırladaq ki, Mariupolu müdafiə edən “Azov” alayının məlumatına görə, döyüşçülər mühasirəyə alınmış şəhərdə 2 500-dən çox rus əsgərini məhv edib, daha 5 000 nəfəri yaralayıb.

Son xəbərlər

Orphus sistemi