Marneulidə Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib

Marneulidə Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” bilik yarışı keçirilib.
Region
3 Noyabr , 2021 18:30
Marneulidə Zəfər Gününə həsr olunan bilik yarışı keçirilib

Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 8 Noyabr - Azərbaycanın Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” bilik yarışı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, intellektual oyunda Marneulinin 15 ictimai məktəbinin şagirdləri və GAİM gəncləri iştirak ediblər.

Yarışa 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start verilib.

Komandalar Qarabağın tarixi və mədəniyyəti ilə bağlı sualları cavablandırıblar. Yarışda I yeri Təkəli kənd orta məktəbi, II yeri Marneulinin 8 saylı məktəbi, III yeri isə Böyük Muğanlı kənd məktəbinin şagirdləri tutub. Qalib komandalara pul mükafatları təqdim olunub.

Tədbir çərivəsində GAİM-in foyesində Şuşa qalası, Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi, Ağdamın Çay evi və Qarabağın digər tarixi və mədəni abidələrinin maketləri sərgilənib. Ziyarətçilərə Qələbənin simvolu olan Xarıbülbülün maketi də nümayiş etdirilib. Sərgi yarış iştirakçıları və qonaqların böyük marağına səbəb olub.

Son xəbərlər

Orphus sistemi