Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda məcburi köçkünlər üçün kənd tipli qəsəbə inşa olunub.
“Report”un yerli bürosu xəbər verir ki, müasir standartlara cavab verən 31 yaşayış evindən ibarət qəsəbəyə illərdir yararsız binalarda yaşayan məcburi köçkün ailələri köçürülüb.
Layihənin reallaşdırılması Gürcüstan və Almaniya hökumətlərinin birgə uğurlu əməkdaşlığı sayəsində 10 milyon avro həcmində qrant çərçivəsində mümkün olub.
Qəsəbə yaxınlığında uşaq bağçasının tikintisi də nəzərdə tutulub.