Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yeniyetmə qızı evlənmək məqsədilə qaçırmaqda ittiham olunan üç nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, 1995, 1998 və 1988-ci il təvəllüdlü saxlanılan şəxslər Marneulinin kəndlərindən birində yaşayan 15 yaşlı qızı qanunsuz olaraq azadlıqdan məhrum ediblər. Yeniyetmənin zorlandığı qeyd olunub.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsləri 7 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.