MDB çərçivəsində əməkdaşlıq konsepsiyası qəbul olunub

MDB çərçivəsində əməkdaşlıq konsepsiyası qəbul olunub MDB ölkələrinin xarici işlər nazirləri arasında video formatında keçirilən görüşdə əməkdaşlığın başlıca istiqamətlərinə dair konsepsiya qəbul edilib.
Region
10 Dekabr , 2020 17:34
MDB çərçivəsində əməkdaşlıq konsepsiyası qəbul olunub

MDB ölkələrinin xarici işlər nazirləri arasında onlayn keçirilən görüşdə əməkdaşlığın başlıca istiqamətlərinə dair konsepsiya qəbul edilib.

“Report” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə müxtəlif sahələrdə əməkdaşlıq və inteqrasiya məsələləri müzakirə olunarkən koronavirus pandemiyasının fəsadlarına qarşı birgə fəaliyyətlərə xüsusi diqqət yetirilib.

Həmçinin BMT-nin 75 illiyinə dair birgə bəyanat layihəsi təsdiqlənərək MDB zirvə görüşünə təqdim olunacaq.

MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2021-ci ilin 2 aprel tarixində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi