Milli Məclisin sədri Sahibə Qafarova Arçil Talakvadzeni Gürcüstan parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat xidmətindən bildirilib.
S.Qafarova təbrik məktubunda gürcü həmkarına fəaliyyətində uğurlar arzulayıb: “Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq son illərdə nəzərəçarpacaq templərlə inkişaf edir. Ölkələrimiz arasında sürətlə inkişaf edən siyasi, iqtisadi və mədəni əlaqələrdən məmnunam. Hesab edirəm ki, parlamentlərarası əməkdaşlıq xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə əlavə təkan verəcək”.