MİT FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən birini həbs edib

MİT FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən birini həbs edib Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədən kənarda yeni antiterror əməliyyatı keçirib.
Region
14 Aprel , 2023 15:18
MİT FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən birini həbs edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) ölkədən kənarda keçirdiyi yeni əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) xaricdə gizlənən rəhbər şəxslərindən biri olan Mehmet Cintosun həbs edilib.  

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

O, Türkiyəyə aparılıb. 

M.Cintosun 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.

Məlumata görə, o, 2014-cü ildə Türkiyəyə qayıdıb və FETÖ-nün 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhdindən sonra xaricə qaçıb. Fəaliyyətini xaricdə davam etdirən M.Cintosun nəzarəti altında olan FETO üzvlərinə maliyyə yardımı göstərib. 

Onun terror qruplaşmasının rəhbər şəxslərindən Bahattin Karataş, Harun Tokak, Talip Büyük kimi şəxslərlə əlaqədə olduğu müəyyənləşib.

Son xəbərlər

Orphus sistemi