Moldova XİN: "Rusiya hava məkanımızı pozub"

Moldova XİN: "Rusiya hava məkanımızı pozub" Rusiya raketləri Moldovanın hava məkanını pozub.
Region
10 Oktyabr , 2022 13:23
Moldova XİN: Rusiya hava məkanımızı pozub

Rusiya raketləri Moldovanın hava məkanını pozub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyindən bildirilib.

Məlumata görə, Qara dənizdə Rusiya hərbi gəmilərindən atılan üç qanadlı raket Moldovanın separatçı Dnestryanı bölgəsinin Kolbasna kəndi və Soroka şəhəri ərazisindən keçib.

Nazirlikdən qeyd olunub ki, bununla Moldovanın hava məkanı pozulub: “Bu, qəbuledilməzdir”.

Rusiyanın Moldovanın paytaxtı Kişineudakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə çağırılıb.

Rusiya raketlərinin Moldovanın hava məkanını pozduğu diplomatın diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi