Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində “Lyublino-Sortiroviçnoye” stansiyasında 8 boş vaqonun relsdən çıxması nəticəsində 2 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Moskva dəmir yollarının saytı yayıb.
Bildirilib ki, hadisə ilə bağlı ətraf mühitə ziyan dəyməyib, yaralı fəhlələr hospitala yerləşdirilib.