Moskvanın Nikulin rayon Məhkəməsi Azərbaycan restoranına hücum edən Ermənistandan olan 7 nəfərə hökm oxuyub.
"Report" TASS-a istinadən xəbər verir ki, onların hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt və Nareq Petrosyan, habelə Razmiq Saakyanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (silah olaraq istifadə olunan əşyaların tətbiqi ilə xuliqanlıq) ilə təqsirli bilib və onları iki il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.