Moskvada əlverişsiz hava şəraitinə görə 69 reys gecikib və ya ləğv edilib

Moskvada əlverişsiz hava şəraitinə görə 69 reys gecikib və ya ləğv edilib Əlverişsiz hava şəraiti Moskvanın hava limanlarında azı 69 reysin gecikməsinə və ya ləğv edilməsinə səbəb olub.
Region
22 Dekabr , 2022 11:15
Moskvada əlverişsiz hava şəraitinə görə 69 reys gecikib və ya ləğv edilib

Moskvada əlverişsiz hava şəraiti hava limanlarında azı 69 reysin gecikməsinə və ya ləğv edilməsinə səbəb olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhər rəsmiləri hava şəraiti ilə bağlı tıxacların 10 ballıq cədvəl üzrə maksimum səviyyəyə çatacağını təxmin edirlər. Tramvay reyslərində gecikmələrin olacağı gözlənilir.

Moskvada sulu qar, yağış və buz bağlama ilə əlaqədar fövqəladə hava xəbərdarlığı qüvvədədir.

“Domodedovo” hava limanında 24 reys gecikib, 7-si ləğv olunub, “Vnukovo”da - 12 reys gecikib, 9-u ləğv olunub, "Şeremetyevo" hava limanında isə bu göstərici müvafiq olaraq, 13 və 4-ə bərabərdir.

Bununla belə, bütün hava limanlarının normal rejimdə işlədiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi