Rusiyanın paytaxtı Moskvada daha 14 nəfər koronavirusdan ölüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, son sutka ərzində paytaxtda daha 14 pasiyent təhlükəli infeksiyanın qurbanı olub. Bununla da Moskvada koronavirusa yoluxanların sayı 4 905 nəfərə çatıb.
"Moskvada pnevmoniya diaqnozunun təsdiqləndiyi və koronavirus infeksiyası testinin müsbət çıxdığı 14 pasiyent vəfat edib", - deyə xəbərdə qeyd edilir.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb.