Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində yerləşən özəl klinikalardan birində yanğın olub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Moskva Şəhər Prokurorluğu yayıb.
Hadisə iyunun 25-də səhər saatlarında şəhərin Bolşaya Polyanka küçəsində baş verib. Yanğın nəticəsində bir neçə nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.