Moskvada böyük sahəni əhatə edən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Moskvada böyük sahəni əhatə edən yanğın lokallaşdırılıb - YENİLƏNİB Moskvanın şərqində sənaye-anbar binasında çıxan yanğın yayılaraq 4 min m² sahəni əhatə edib.
Region
30 May , 2024 08:56
Moskvada böyük sahəni əhatə edən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Moskvanın şərqində sənaye-anbar binasını əhatə edən yanğın lokallaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi teleqramda bildirib.

“Rusiya FHN-in mütəxəssisləri Moskvanın şərqində yanğını lokallaşdırıblar”, – məlumatda qeyd olunub.

Eyni zamanda, digər məlumatda yanğının söndürülməsi üçün iki helikopter vasitəsilə 32 dəfəyə 200 min ton su töküldüyü açıqlanıb.

08:12

Moskvanın şərqində sənaye-anbar binasında çıxan yanğın yayılaraq 4 min m² sahəni əhatə edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənaye-anbar binasının 800 kvadratmetr ərazisində çıxan yanğın bir müddət sonra iki dəfədən çox artaraq 4 min kvadratmetr sahəni əhatə etməyə başlayıb.

“Ka-32 helikopteri 15 dəfəyə 75 ton su atıb. Moskva Aviasiya Mərkəzindən daha bir helikopter havaya qalxmağa hazırdır”, – FHN diqqətə çatdırıb.

TASS-ın məlumatına görə, sözügedən obyektin ümumi sahəsi 22,5 min kvadratmetrdir, müxtəlifsəviyyəlidir – üç və dörd mərtəbəyə malikdir.

Son xəbərlər

Orphus sistemi