Rusiyanın paytaxtı Moskvada təhlükəsizlik üzrə Rusiya-Belarus məsləhətləşmələri keçirilir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası açıqlayıb.
“Məsləhətləşmələr Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Aleksandr Neverovski tərəfindən iki ölkənin nazirlik və idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilir”, - məlumatda bildirilib.