Mövlud Çavuşoğlu Moskva səfərinin detallarını açıqlayıb

Mövlud Çavuşoğlu Moskva səfərinin detallarını açıqlayıb “Dünən Moskvada əvvəlcə rusiyalı hımkarım Sergey Lavrovla görüşdüm. Sonra isə İran və Suriyadan olan həmkarlarımla birlikdə dördtərəfli toplantı keçirdik”.
Region
11 May , 2023 11:18
Mövlud Çavuşoğlu Moskva səfərinin detallarını açıqlayıb

“Dünən Moskvada əvvəlcə rusiyalı həmkarım Sergey Lavrovla görüşdüm. Sonra isə İran və Suriyadan olan həmkarlarımla birlikdə dördtərəfli toplantı keçirdik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.

O, Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Məqsədimiz isə Suriyanın terrorçulardan təmizlənməsidir. Suriyanın indi humanitar dəstəyə ehtiyacı var”.

M.Çavuşoğlu bildirib ki, suriyalıların ölkələrinə qayıtması üçün təhlükəsiz mexanizm yaradılmalıdır: "Biz həmçinin oxşar iclasların davam etdirilməsinə dair razılığa gəldik".

Son xəbərlər

Orphus sistemi