Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qətərin XİN başçısı Şeyx Məhəmməd bin Abdulrahman bin Qassim Əl-Tani ilə görüşüb.
“Report” xəbər verir ki, nazir bu barədə tviter səhifəsində məlumat verib.
“Günə Qətərin xarici işlər naziri Əl-Tani ilə Əfqanıstandakı məsələləri və ikitərəfli münasibətlərimizi müzakirə edərək başladıq”, - Çavuşoğlu deyib.