Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdad Amreyevlə görüşüb.
Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, görüş zamanı Türkiyə ilə təşkilata üzv digər türkdilli dövlətlər arasındakı mövcud münasibətlər, regional məsələlər diqqət mərkəzində olub. Danışıqlar zamanı həmçinin Ukrayna-Rusiya böhranının həllinə dair fikir mübadiləsi aparılıb.