Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasının iştirakçıları ikitərəfli münasibətlərin iqtisadi gündəliyi ilə bağlı bir sıra mühüm məsələlərin həllinə kömək edəcək razılaşmalar əldə ediblər.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda keçirilən hökumətlərarası komissiyasının iclasında deyib.
O qeyd edib ki, tərəflər Ermənistan-Rusiya münasibətləri üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin geniş gündəliyini müzakirə ediblər:
“Ticarət dövriyyəsinin dinamikası çox yaxşıdır, ümid edirik ki, bu tempi qoruyub saxlayacağıq. Turist axınının artımı da qənaətbəxşdir”.