“Türkiyə təkcə regionda yox, bütün dünyada sülh və sabitlik üçün çalışır”.
“Report” xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop İstanbul Universitetində “Balkanlar və Avropa: Ortaq keçmişdən ortaq gələcəyə” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bundan narahat olanlar var: “Ona görə Türkiyəni zəiflətmək istəyirlər. Amma bu cəhdlər əbəsdir”.
M.Şəntop xatırladıb ki, artıq regional və qlobal sistem dəyişir: “Biz indi çətin zamanlardan keçirik. Hələ də həllini gözləyən problemlər var".
TBMM sədrinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında davam edən savaş regional geosiyasi vəziyyətə təsir edir.