Müxalifət lideri: "Paşinyan fəraridir və Qarabağı satdı"

Müxalifət lideri: "Paşinyan fəraridir və Qarabağı satdı" “Nikol Paşinyan fəraridir, onun yeri qab yuyulan yerdir. O, Qarabağı satıb”.
Region
11 Noyabr , 2020 17:45
Müxalifət lideri: Paşinyan fəraridir və Qarabağı satdı
Artur Vanesyan

“Nikol Paşinyan fəraridir, onun yeri qab yuyulan yerdir. O, Qarabağı satıb”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan bildirib.

“Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi, general-polkovnik Onik Qasparyanın öz postunu qoyub qaçan fərarinin qəbuluna gedəcəyinə inanmıram. Nikol Paşinyan fəraridir. O, heç vaxtı orduda xidmət etməyib. Başqa məsələlərdə də fəraridir. Çünki ən məsuliyyətli yerlərdən qaçıb. Ən böyük fərari o və müharibə başlayanadək ordu sıralarından tərxis olunan ətrafıdır”,- A.Vanesyan vurğulayıb.

Qeyd edək ki, A.Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. O, xarici dövlətlərdən birinin casusu olmaqda şübhəli bilinir.

A.Vanesyan hazırda N.Paşinyan hökumətinə müxalifətdə olan Vətən Partiyasının sədridir. İkinci Qarabağ müharibəsi zamanı onun başçılıq etdiyi "Vətən" silahlı dəstəsi döyüşlərə qatılmışdı. Azərbaycan Ordusu onun dəstəsini darmadağın edib.

Son xəbərlər

Orphus sistemi