NATO nümayəndəsi Nikol Paşinyanla Cənubi Qafqazdakı durumu müzakirə edib

NATO nümayəndəsi Nikol Paşinyanla Cənubi Qafqazdakı durumu müzakirə edib Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.
Region
18 Yanvar , 2023 16:57
NATO nümayəndəsi Nikol Paşinyanla Cənubi Qafqazdakı durumu müzakirə edib

NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.

NATO nümayəndəsi qeyd edib ki, Alyans regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır.

Qeyd edək ki, X.Kolomina Ermənistanda səfərdədir. O, daha əvvəl Ermənistan XİN başçısının müavini Vahe Gevorqyanla görüşüb.

Son xəbərlər

Orphus sistemi