Oktyabrın 5-də NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Türkiyənin Xarici İşlər Nazirliyindən “Report”un yerli bürosuna verilən məlumata görə, Y.Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Məlumata görə, NATO baş katibinin Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu ilə də görüşü nəzərdə tutulub.
Bildirilib ki, görüşdə NATO gündəmində yer alan və bölgədə cərəyan edən mövcud məsələrin müzakirəsi aparılacaq.
Vüsalə Abbasova