NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 22-də Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşəcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.
Məlumata əsasən, görüş NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq. S.Zurabişvili NATO-Gürcüstan komissiyasının toplantısında da iştirak edəcək.
Görüşdən sonra baş katib və Gürcüstanın dövlət başçısı birgə mətbuat konfransı keçirəcəklər.