“Türkiyə dünyanın ən böyük sənaye və ticarət mərkəzlərindən biri olacaq”.
“Report” “Star”a istinadən xəbər verir ki, bunu Türkiyənin maliyyə və xəzinə naziri Nureddin Nebati Mersində çıxışı zamanı deyib.
O bildirib ki, hökumət xalqın rifahı naminə inflyasiyanı aşağı salmaq istiqamətində işlər görür: “Bu mənada maliyyə sahəsindəki sabitliyi qoruyacaq, lirəyə inamı artıracaq siyasət ortaya qoyacağıq. Davamlı inkişafı təmin edəcək investisiya və layihələri davam etdirəcəyik”.
Nazirin sözlərinə görə, Türkiyənin inkişafı davam edəcək: “Ölkəmizin beynəlxalq dəyər zəncirindəki rolunu gücləndirəcəyik. İxracda asılılığı azaldacağıq”.
N.Nebati söyləyib ki, əsas hədəflərindən biri 2028-ci ildə ölkəyə 90 milyon turist cəlb etmək və 100 milyard dollar gəlir götürməkdir.