Nigeriyada sərbəst buraxılan türkiyəli 15 dənizçinin 6-sı Türkiyənin Abujadakı səfirliyinə gətirilib.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Nigeriya sahillərində heyət üzvləri dəniz quldurları tərəfindən girov götürülən 15 türkiyəli dənizçi xilas edilib.
Qeyd edək ki, bu il yanvarın 23-də Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmi Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalmışdı. Gəmidəki 19 nəfərdən 15-i girov götürülmüş, biri öldürülmüş, 3 heyət üzvü gəmidə qalmışdı. Öldürülən Fərman İsmayılov Azərbaycan vətəndaşı idi.