Nigeriyalı biznesmen Tbilisi meri vəzifəsinə namizəd olub

Nigeriyalı biznesmen Tbilisi meri vəzifəsinə namizəd olub Gürcüstanda yaşayan Nigeriya əsilli iş adamı Arinze Riçard Oqbunucu Tbilisi meri vəzifəsinə namizəd kimi qeydiyyata alınıb.
Region
26 Avqust , 2021 14:29
Nigeriyalı biznesmen Tbilisi meri vəzifəsinə namizəd olub
Arinze Riçard Oqbunucu

Gürcüstanda yaşayan Nigeriya əsilli iş adamı Arinze Riçard Oqbunucu Tbilisi meri vəzifəsinə namizəd kimi qeydiyyata alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə məlumat ölkənin Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Qeyri-adi namizədi “Bizim birləşmiş Gürcüstan” adlı təşəbbüs qrupu irəli sürüb.

A.R.Oqbunucu 20 il bundan öncə Gürcüstana köçüb. O, gürcü xanımla evlidir və gürcü dilini yaxşı bilir.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər bu il oktyabrın 2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi