Hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər “tarixi Ermənistan”dan “real Ermənistan” və Rusiya arasındakı münasibətlərə keçid prosesini yaşayır.
“Report” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bəyan edib.
“Bu, bəzən Ermənistanın özündə baş verən daxili transformasiya qədər ağrılı olur. Ancaq bu transformasiyanı "müsbət hekayələrlə" doldurmaq üçün hər şey edilməlidir. Ermənistan Rusiya ilə belə işə hazırdır və onunla münasibətləri Ermənistanın iqtisadiyyatı, təhlükəsizliyi və dövlətçiliyi baxımından qiymətləndirmək çətindir", - baş nazir vurğulayıb.