Ermənistanın baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinə (XİN) gedib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, o, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın rəhbərlik etdiyi heyətlə görüşüb.
N.Paşinyan XİN əməkdaşları ilə Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş səyləri, həmçinin Azərbaycanla normallaşma prosesini müzakirə edib.
Onlar, həmçinin mövcud vəziyyəti qiymətləndiriblər.
Bundan başqa, hökumət başçısına 2023-cü ildə Ermənistanın xarici siyasət kursunda görülən işlər barədə məlumat verilib. N.Paşinyan tərəfdaş dövlətlərlə ikitərəfli səviyyədə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar və mövcud nəticələr barədə də məlumatlandırılıb.