Rusiya hərbçiləri sentyabrın 21-i axşam saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonunu atəşə tutub.
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.
Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Krasnoqriqoryevsk və Marqanets icmalarını atəşə tutub.