“Rusiya ilə Ukrayna arasında müharibəni genişləndirməyə, Avropa ölkələrini də prosesə cəlb etməyə çalışanlar var”
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “A Haber”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, belə bir şəraitdə Türkiyə daima balanslı davranır: “Biz öz mövqeyimizi dəfələrlə ortaya qoymuşuq. Biz müharibənin ən qısa müddətdə bitməsinə çalışsaq da, savaşın uzanması üçün mübarizə aparanlar var”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.