“Dünyada siyasi sistem çöküb”.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Pamukkale Universitetinin yeni tədris ilinin açılışında deyib.
O bildirib ki, yeni dünya sisteminin qurulmasına ehtiyac var: “Bəşəriyyətin yeni mərhələsinin astanasındayıq. Yer kürəsində ciddi sınaqlar baş verir. Belə bir şəraitdə biz güclü olmağa məcburuq”.
N.Kurtulmuşun sözlərinə görə, Türkiyə bu gün nəinki regionda, dünyada sözü eşidilən aktorlardandır.