“Türk xalqı terrorçularla iş görənlərə və Türkiyənin düşmənləri ilə ittifaqa girənlərə imkan verməyəcək”.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu sözləri TBMM deputatı Numan Kurtulmuş AK Partinin İstanbul Baxçalıevlərdəki mitinqi zamanı deyib.
Deputat əlavə edib ki, 14 mayda türk xalqının qarşısında iki seçim olacaq:
“Bir tərəfdə texnologiyada ölkənin inkişafını dəstəkləyənlər, digər tərəfdə texnologiyada xarici güclərdən asılılığı istəyənlər, eyni zamanda məzhəb ayrı seçkiliyinə qarşı olanlarla, məzhəbçiliklə hərəkət edənlər arasında olacaq”.
N.Kurtulmuş vurğulayıb ki, bu seçki həm də nə etdiyini bilənlərlə, nə istədiyini bilməyənlər arasında olacaq:
“14 may Türkiyə üçün dönüm nöqtəsi olacaq”.