“Müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmağa hazırlaşırıq”.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu ölkənin müdafiə naziri Oliksiy Reznikov deyib.
Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri əks-hücuma hazırlaşır: “Amma əks-hücum əməliyyatlarına nə vaxt başlayacağımız dəqiq deyil. Bu, xüsusilə hava şəraitindən asılıdır”.
O.Reznikov bildirib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret tarixi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı seçəcək.
Xatırladaq ki, daha əvvəl Reznikov ehtimal edilən əks-hücum əməliyyatlarının aprel-mart ayında baş tuta biləcəyini söyləmişdi.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Silahlı Qüvvələrin əks-hücum əməliyyatına hazırlaşdığını bildirib.