Onik Qasparyan: “Onlar düşmənin dəyirmanına su tökür”

Onik Qasparyan: “Onlar düşmənin dəyirmanına su tökür” O, Təhlükəsizlik Şurasının sentyabrın 30-da keçirilən iclasındakı çıxışının tam mətninin dərc edilməsini istəyir
Region
20 Aprel , 2021 16:51
Onik Qasparyan: “Onlar düşmənin dəyirmanına su tökür”

Ermənistanın baş naziri Nikol Paşinyanın istefaya göndərdiyi Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyan Təhlükəsizlik Şurasının sentyabrın 30-da keçirilən iclasındakı çıxışının tam mətninin dərc edilməsini istəyib.

“Report” “news.am”a istinadən xəbər verir ki, bunu Onik Qasparyan bildirib.

“Ermənistan prezidenti Armen Sarkisyanın həmin iclasdakı yekun çıxışını və ondan sonrakı mənim çıxşımın tam mətnini xahiş edirəm dərc edin”, - Onik Qasparyan vurğulayıb.

O bildirib ki, məsələ müharibə ilə bağlı olduğu üçün ona soyuqqanlılıqla yanaşmaq lazımdır və emosionallıq göstərməyə ehtiyac yoxdur:

“Belə yanaşma ilə onlar cəmiyyəti çaşdırır və düşmənin dəyirmanına su tökür”.

Qeyd edək ki, Onik Qasparyanın sentyabrın 30-da Təhlükəsizlik Şurasının iclasında çıxşının bir hissəsi yayılıb.

Son xəbərlər

Orphus sistemi