Oktyabrda Türkiyədə terrorçuluğa qarşı əməliyyatlar çərçivəsində cinayətkar qruplaşmaların 120 silahlısı zərərsizləşdirilib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bildirib.
Terrorçuluğa qarşı əməliyyatların 1 539-u şəhərlərdə, 10 230-u kəndlərdə keçirilib.
Zərərsizləşdirilmiş silahlılardan 92-i PKK terrorçusu, 24-ü İŞİD silahlısı, 4-ü solçu terror təşkilatlarının üzvləridir.
Bundan başqa, terroçularla əlbir olmaqa şübhəli bilinən 2 700 nəfər saxlanılıb, onlardan 422-i məhkəmə qərarları ilə həbs edilib.
Əməliyyatlar çərçivəsində terrorçuların 96 sığınacağı məhv edilib, 130 ədəd silah götürülüb. Onlardan 79-u iri kalibrlidir. Bununla yanaşı, 59 partlayıcı qurğu, 99 əl qumbarası, 17 550 döyüş sursatı ələ keçirilib.