2020-ci ildə Gürcüstanda 152 kibercinayətkar saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “nazir saatı” formatında çıxışı zamanı məlumat verib.
O, ölkədə kibercinayətkarlığa qarşı mübarizədə effektiv tədbirlərin həyata keçirildiyini bildirib.
Nazirin sözlərinə görə, tərəfdaşlar və əcnəbi həmkarların dəstəyi ilə heyətin təlimi və təcrübə mübadiləsi davam etdirilir.
V.Qomelauri qeyd edib ki, ötən il Tbilisidə Kibercinayətkarlıqla mübarizə bölməsi yaradılıb: “Bu cür bölmələr mərhələli şəkildə bütün iri şəhərlərdə təsis olunacaq”.