Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bişkekdə Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə Özbəkistan-Macarıstan strateji tərəfdaşlıq münasibətlərinin və çoxşaxəli əməkdaşlığın gələcək inkişafı ilə bağlı aktual məsələləri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Tərəflər ticarət dövriyyəsinin göstəricilərinin və sənaye əməkdaşlığının miqyasının artdığını, Daşkənd vilayətində sənaye parkının yaradılması istiqamətində işlərin aparıldığını qeyd ediblər.
Onlar aparıcı şirkətlərin iqtisadi-ticarət və investisiya əməkdaşlığı üzrə yeni layihələr portfelinin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Bundan başqa, regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.