Özbəkistanda növbəti prezident seçkiləri 24 oktyabr 2021-ci il tarixində keçiriləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Parlamentinin Qanunvericilik (aşağı) Palatasının birinci vitse-spikeri Akmal Saidov bildirib.
“Qanunvericilik Palatası tərəfindən hazırlanan qanun layihəsinə uyğun olaraq, respublikada növbəti prezident seçkiləri 2021-ci il dekabrın üçüncü ongünlüyünün ilk bazar günü deyil, bu il 24 oktyabr tarixində keçiriləcək. Qanunvericilik Palatası tərəfindən hazırlanan qanun layihəsinin artıq fevralın 5-də parlament Senatı tərəfindən təsdiqlənəcəyi gözlənilir”, - o deyib.