Pakistanın cənub-qərbində, Kvetta şəhərində nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 13 nəfər yaralanıb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Məhəmməd Xan bildirib.
Məlumata görə, Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində yerləşən Musa Xan nəzarət-buraxılış məntəqəsində hərbçilərin avtomobilində törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, əksəriyyəti mülki sakin olmaqla 13 nəfər yaralanıb.
Terrorun məsuliyyətini “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.
Hadisəni terrorçu-kamikadzenin törətdiyi bildirilib.