Parlament sədri: Gürcüstanda QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin hara xərcləndiyi bilinmir

Parlament sədri: Gürcüstanda QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin hara xərcləndiyi bilinmir Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşməsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ölkədə QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin necə, hara xərcləndiyi bilinmir. Bir sözlə, QHT-lərin fəaliyyətində heç bir şəffaflıq yoxdur.
Region
15 İyul , 2024 15:33
Parlament sədri: Gürcüstanda QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin hara xərcləndiyi bilinmir

Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşməsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ölkədə QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin necə, hara xərcləndiyi bilinmir. Bir sözlə, QHT-lərin fəaliyyətində heç bir şəffaflıq yoxdur.

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, 500 qeyri-hökumət təşkilatının 80 faizinin xaricdən aldığı qrantın məbləği bilinmir. Bununla yanaşı, onların 70 faizinin donorunun kim olduğu məlum deyil.

Ş.Papuaşvili deyib ki, QHT-lərin 97 faizi müxtəlif icmaları təmsil etdiklərini deyirlər, lakin il ərzində həmin icmaların xeyrinə gördükləri işlərin hesabatını cəmiyyətə təqdim etmirlər: "Əksər hallarda işçilərin kimlər olduğu, bu qurumun arxasında kimin dayandığı, donorun kimliyi, komandanın kimdən ibarət olduğu ümumiyyətlə bilinmir".

Son xəbərlər

Orphus sistemi