Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, martın 1-ə təyin edilmiş mitinqin və təntənəli yürüşün hədəfi - Ermənistanda demokratik və konstitusiya quruluşunun müdafiəsidir.
“Report” xəbər verir ki, bu barədə o, bazar günü feysbukdakı səhifəsində birbaşa yayımda deyib.
"Sabahkı mitinqin və təntənəli yürüşün hədəfi - Ermənistanda və xalq hakimiyyətində demokratiya, konstitusiya quruluşunun müdafiəsidir. Bizim hakimiyyətimizin yox, xalqın. Çünki ölkəmizdə hakimiyyət xalqa məxsusdur", - Paşinyan deyib.
O, mitinqdə və təntənəli yürüşdə Yerevanın bütün rayonlarından və Ermənistanın başqa ərazilərindən mümkün qədər çox insanın iştirak edəcəklərinə ümidni ifadə edib.
Qeyd edək ki, artıq bir neçə gündür Yerevanda Paşinyanın tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilir.