Ermənistanın baş naziri Nikol Paşinyanın avtomobil karvanı hökumət evinin yerləşdiyi əraziyə daxil olarkən etirazçıların kəskin reaksiyası ilə qarşılaşıb.
“Report” "Aysor"a istinadən xəbər verir ki, etirazçılar N.Paşinyanın avtomobilini yumurta atəşinə tutub.
Məlumata görə, korteji yumurta atəşinə tutan gənclər olub. Onlar baş nazirin istefasını tələb edirlər.