Polşa hakimiyyəti Ukraynaya ümumi məbləği 1,6 milyard ABŞ dollarından çox olan silah tədarük edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Pyotr Müller şənbə günü tviter səhifəsində məlumat verib.
“Polşa Ukraynaya təxminən 7 milyard zloti dəyərində hərbi texnika verib. Bu, 1,6 milyard ABŞ dollarından çoxdur”, - o bildirib.